...

NATO Şurası avqustun 19-da Gürcüstan və Ukraynaya MAP-ın verilməsini müzakirə edəcək

Dünya xəbərləri Materials 16 Avqust 2008 15:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ NATO Şurası avqustun 19-da Gürcüstan və Ukraynaya MAP-ın verilməsi məsələsini müzakirə edəcək. Bu barədə Tbilisidə Gürcüstan XİN-in rəhbəri Yekaterina Tkeşelaşvili ilə birgə brifinqdə onun eston həmkarı Urmas Paett məlumat verib.

"Biz bütün səviyyələrdə Gürcüstana MAP-ın verilməsini tələb edirik, bunu etmək zəruridir", - o bəyan edib.

"Gürcüstan və Ukrayna MAP-ı hələ Buxarest samitində almalıydı. O halda bəlkə də belə açıq təcavüz olmazdı. Bizim mövqeyimiz dəyişməyib və Gürcüstan MAP-ı almalıdır", - o bildirib.

Paett qeyd edib ki, avqustun 19-da bu məsələ müzakirə ediləcək, qərar isə dekabrda NATO nazirlərinin görüşündə qəbul ediləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti