...

Makkeynin vitse-prezident seçimi ABŞ -dakı seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir etməyəcək

Dünya xəbərləri Materials 3 Sentyabr 2008 17:26

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend , müxbir V.Javaronkova/ABŞ prezidentliyinə namizəd, respublikaçı Makkeynin Alyaska ştatının senatoru Sara Palinin virse-prezident qismində seçimi, onun reytinqini qaldıra bilər, lakin seçkilərdə onun mütləq qələbəsinə zəmanət verə bilməz.

Respublikaçılardan prezidentliyə namizəd Con Makkeyn özünün potensial vitse-prezidenti kimi Alyaskanın 44 yaşlı qubernatoru -- siyasətçi, korrupsiyaya qarşı mübarizə aparan, abortların əleyhdarı  Palinin adını çəkib.

O, respublikaçılar partiyasından vitse-prezidentliyə ilk və Amerika seçkiləri tarixində Ceraldin Ferrarodan sonra ikinci qadın namizəddir.

"Palin Makkeynin cəlb edə bilməyəcəyi respublikaçı və mühafizəkar seçiciləri cəlb edir. Lakin sosial məsələlərdə mühafizəkar mövqeyinə görə, yəqin ki, demokratların əksər səsini qazana bilməyəcək", - amerikalı politoloq Con Pitni (John J. Pitney) hesab edir.

Prezidentliyə demokratik partiyadan olan namizəd Barak Obama vitse-prezident kimi özünə təcrübəli siyasətçi Co Baydeni seçib.

Amerikalı ekspertlərin fikrincə, Makkeynin əsas ortağı kimi, Palinin həm müsbət, həm də mənfi keyfiyyətləri var ki, bu da namizədin noyabr seçkilərində reytinqinə təsir edə bilər.

Politoloq Arnold Şoberin (Arnold Shober) fikrincə, Palin Makkeynə seçki qabağı kampaniyanın gedişində bəzi üstünlüklər verir. O, bura təkcə onun korrupsiyaya qarşı mübarizə aparan nüfuzunu, Alyaskadakı yüksək reytinqini yox, həm də onun kasıb ailədən və hətta qadın olmasını da aid edir.

"Palinin bütün xüsusiyyətləri Makkeynin siyasi müstəqillik və dövlət islahatları haqqında şüar kampaniyasına uyğundur", - Trend -a elektron poçtu ilə Lourens Universitetinin (Lawrence University) elmi əməkdaşı Şober xəbər verib.

Demokratik partiya üzrə Obamanın keçmiş rəqibi Hillari Klintonun tərəfdarları, seçimin Baydenin üzərində dayanmasından məyusdurlar. Müşahidəçilər hesab edir ki, Klintonun elektoratı üstünlüyü xanım Palinə vermiş Makkeynin tərəfinə keçə bilər.
Şoberin rəyinə görə, bu, qələbəyə real imkanı olan qadın namizədə səs verəcək daha çox qadını cəlb edə bilər.

İndiki vəziyyətdən fərqli olaraq, 1984-cü ildə respublikaçı Ronald Reyqanın üstünlüyü çox olub və Demokratik partiyadan vitse-prezidentliyə qadın namizəd Ceraldin Ferraronun qələbəyə heç bir imkanı qalmayıb.

"Palin Makkeynin Ağ Evə bileti ola bilər", - Şober bildirib.
Lakin Palinin Makkeynə pis xidmət göstərə biləcək çatışmazlıqları da var.

Politoloq Şober Palinin namizədliyinə mane olacaq çatışmazlıqları sırasına onun qısa siyasi keçmişini aid edir. O, kiçik şəhər Vasillanın meri olub və cəmi iki ildir ki, Alyaskanın qubernatoru vəzifəsində işləyir.

Palinin əsas ortaq qismində seçilməsi - riskli addımdır, belə ki, çox az adam onu dərindən tanıyır, - digər amerikalı politoloq Barri Barden (Barry Burdon) hesab edir.

"O, vitse-prezidentliyə namizədlərin ilkin yoxlamasından keçməyib və cavan olsa da, tərcümeyi-halında problemli məqamlar ola bilər ki, bu da onun çatışmazlığıdır", - Trend -a elektron poçtu ilə Viskonsiya Universitetinin elmi əməkdaşı Barden bildirib.

Əvvəllər Palinin xeyirxahlıqları sırasına onun Daun sindromu ilə uşaq doğmaq qərarı faktını aid edirdilərsə, indi mətbuatda qəribə şayiələr dolaşır. Jurnalistlər öyrənib ki, apreldə dünyaya gəlmiş körpəni Palin yox, onun qızı doğub. Bu doğru çıxsa, bu fakt vitse-prezidentliyə namizədin dürüstlük və səmimiyyət kimi keyfiyyətlərini şübhə altına alır, - "İnterfaks"xəbər verib.

 O da məlum olub ki, Saranın ərdə olamyan 17 yaşlı qızı hamilədir. Beş uşaq anası Sara abort əlyehdarı olsa da, o, ictimaiyyətə bəyan edib ki, qızı ərə getməyə hazırlaşır. Bundan sonra mühafizəkarların etibarı ciddi şəkildə laxlayıb.

Lakin müşahidəçilər hesab edirlər ki, seçimin  Palinin üzərində dayanmasının müsbət və mənfi amillərinə baxmayaraq, respublikaçılar və demokratlar arasında səslərin bölüşdürülməsinə dair qəti fikir söyləmək hələ ki, tezdir.

"Çətin ki, Palin Klintonun bazası olan demokratların bir hissəsini cəlb etsin", - Şober hesab edir.

Barden hesab edir ki, Palinin seçilməsi hazırda respublikaçı namizədi dəstəkləyən sosial mühafizəkarları sakitləşdirməyə kömək edə bilər, lakin bu, Obamanın əksər seçicilərini cəlb etməyəcək.

"Demokratların səslərinin birləşdirilməsi üzrə saziş uğurlu olmasaydı, Palin Hillari Klintona səs verənlərdən böyük dəstək ala bilərdi", - Barden hesab edir.   

Onun fikrincə, Makkeynin reytinqi Palini  vitse-prezidentliyə seçməsi ilə arta bilər.

"Biz Palinin partiya, kütləvi informasiya vasitələri və ictimaiyyət tərəfindən necə qarşılanacağını görmək üçün bir və ya iki həftə gözləməli olacağıq", - Barden qeyd edib.

Xəbər lenti

Xəbər lenti