...

ABŞ Gürcüstana silah satışına qadağanın qoyulması ilə bağlı çağırışı rədd edib

Dünya xəbərləri Materials 10 Sentyabr 2008 07:58 (UTC +04:00)

ABŞ Rusiyanın Gürcüstana silah satışına qadağanı nəzərdə tutan təklifini rədd edib. Bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

ABŞ-ın BMT-dəki missiyasının nümayəndəsi Ben Çanq Rusiya tərəfinin təqdim etdiyi qətnamə layihəsini Moskvanın Gürcüstan ərazisindən hərbi qüvvələrinin çıxarılması ilə bağlı öhdəliklərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

Pentaqon Gürcüstana xüsusi missiyanın göndərilməsi ilə bağlı məlumat yayıb. Həmin missiya Gürcüstan ordusunun bərpası üçün respublikanın ehtiyaclarını müəyyənləşdirəcək.

Rusiya sentyabrın 9-da Abxaziya və Cənubi Osetiya ilə rəsmən diplomatik münasibətləri qurub və onların ərazisində 7,5 mindən çox hərbçi yerləşdirmək niyyətini bəyan edib.

Xəbər lenti

Xəbər lenti