...

Nino Burcanadze hakimiyyətdən suallara cavab verməyi və avqust hadisələri ilə bağlı istintaq aparmağı tələb edir

Dünya xəbərləri Materials 12 Sentyabr 2008 21:03 (UTC +04:00)
Nino Burcanadze hakimiyyətdən suallara cavab verməyi və avqust hadisələri ilə bağlı istintaq aparmağı tələb edir

Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan bu gün münaqişələrin nizamlanması prosesindən kifayət qədər uzaqdır. Bu barədə cümə günü keçirilən mətbuat konfransında parlamentin keçmiş spikeri Nino Burcanadze bəyan edib.

Onun sözlərinə görə, bu gün Gürcüstan 10 il və ya bir ay bundan öncəkinə nisbətdə daha çətin vəziyyətdədir. "Bu gün biz beynəlxalq ictimaiyyətlə Abxaziya və Cənubi Osetiya barəsində deyil, Poti və Senaki barədəsində söhbət aparırıq. Kodor və Axalqori de-fakto Abxaziya və Cənubi Osetiya hökumətlərinin nəzarəti alına keçib. Hamıya məlumdur ki, Gürcüstan ərazilərin itirilməsi ilə barışmayacaq və vaxt gələcək osetin, abxaz və gürcülər ümumi dil tapacaq, lakin bu perspektiv olduqca pisləşib", - deyə Burcanadze bildirib.

O hesab edir ki, hazırkı vəziyyətdən çıxmaq üçün ölkə rəhbərliyi əhaliyə həqiqəti bildirməli və bütün qoyulan suallara cavab verməlidir. "Obeyektiv informasiya və baş verənlərin təhlilinə ehtiyac var, çünki çətinlikdən qaçmaq üçün məhz təhlillərə əsaslanmaq lazımdır", - deyə parlamentin keçmiş spikeri bildirib.

"Suallara qoyulmuş qadağa qəbuledilməzdir. Bu gün demokratiya, azad media və əhaliyə düzgün informasiyanın ötürülməsi mühümdür. Əgər biz bütün bunlardan imtina etsək qərbin dəstəyini itirəcəyik, çünki onlar Gürcüstanı bu səbəbələrdən dəstəkləyir və onu onlar üçün də olduqca mühüm olan dəyərlərin müdafiəçisi hesab edir", - deyə Burcanadze bildirib.

Onun sözlərinə görə, hökumətin problemlərin həlli üzrə qarşısına konkret plan qoyması çox vacibdir.

"Bu gün təbliğat üçün vaxt yoxdur. Ola bilsin ki, bu müəyyən həddə lazımdır, lakin daha mühüm olan həqiqətdir, hatta o, acı olsa belə", - deyə Burcanadze qeyd edib və əlavə edib ki, avqust hadislərindən sonra yaranan vəziyyəti aydınlaşdırmaq üçün istintaq aparmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti