...

Gürcüstan NATO-ya mütləq qəbul ediləcək - alyansın baş katibi

Dünya xəbərləri Materials 13 Sentyabr 2008 01:27 (UTC +04:00)

NATO baş katibi Yaap de Xoop Sxeffer bəyan edib ki, alyans yeni "soyuq müharibə"ni istəmir və Rusiya üzünə bütün qapıları bağlamır. O bunu Gürcüstanın "Rustavi-2" telekanalına müsahibəsində deyib.

Gürcüstana MAP proqramının verilməsi ilə bağlı məsələyə və bu ölkənin alyansa qəbulu tarixlərinə toxunan Sxeffer bunları söyləyib: "Mən Gürcüstanın NATO-ya nə vaxt üzv olacağını dəqiq deyə bilmirəm. Lakin bu ölkə mütləq alyans üzvü olacaq ".

O həmçinin qeyd edib ki, MAP proqramının təqdim edilməsi tarixləri Gürcüstanın müvafiq öhdəlikləri yerinə yetirməsinə veriləcək qiymətdən asılıdır. Onun bildirdiyinə görə, gələn həftə NATO Şurasının üzvləri Gürcüstana səfər edəcəklər. "Bu həf faktor, həm də qərarların qəbulu üçün bir mərhələ olacaq", - deyə o vurğulayıb. Sxeffer xatırladıb ki, bu səfər çoxdan planlaşdırılıb və Cənubi Osetiya ətrafındakı hadisələrlə bağlı deyil.

NATO baş katibi həmçinin bildirib ki, Rusiya ilə Nikaraquanın Abxaziya ilə Cənubi Osetiyanı tanımaqları böyük uğur sayıla bilməz. O xatırladıb ki, Gürcüstana Aid bölgələrin tanınması praktiki olaraq bütün dünya ölkələrinin qəbul etdikləri prinsipə (Gürcüstanın ərazi bütövlüyü Prinsipi nəzərdə tutulur-red.) ziddir.

"NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləir, avqust ayında NATO ölkələrinin nazirləri alyansın fövqəladə iclasında Rusiyanın bu respublikaya qarşı hərəkətlərini pisləyiblər. Rusiya atəşkəs haqqında sazişin tələblərini yerinə yetirməlidir, konkret addımlar atmalıdır və qoşunlarını 7 avqustadək yerləşdiyi mövqelərə çəkməlidir". ( İTAR-TASS ).

Xəbər lenti

Xəbər lenti