...

Növbədənkənar seçkilərin keçirilməsi üçün zəruri olan qanun layihələrinin razılaşdırılması məqsədilə Ali Radada fasilə elan edilib

Dünya xəbərləri Materials 9 Oktyabr 2008 14:35 (UTC +04:00)

Ukrayna, Kiyev, 09 oktyabr / Trend , müxbir Z.Novosvitski/ Növbədənkənar seçkilərin keçirilməsi üçün zəruri olan qanun layihələri paketinin razılaşdırılması məqsədilə Ukranya Ali Radasında iki saatlıq fasilə elan edilib.

Ali Radanın sədri Arseniy Yatsenyuk bildirib ki, ona prezident Viktor Yuşşenkodan parlamentin səlahiyyətlərinin növbədənkənar dayandırılması haqqında rəsmi fərman daxil olub.

"Aydın olub ki, bizim dəqiq olmayan gələcəyimiz artıq müəyyən edilib. Fərman var və indi növbədənkənar seçkilər keçirmək lazımdır", - Yatsenyuk bildirib.

Onun sözlərinə görə, parlament seçkiləri necə keçirməyi və bunun üçün hansı qanunların qəbulunun lazım olduğunu müəyyən etməlidir.

"Dünən müvafiq qanun layihələri paketi hazırlanıb. Lakin paketin fraksiya rəhbərləri ilə qəti şəkildə razılaşdırılması lazımdır", - Yatsenyuk bildirib.

Bununla əlaqədar Ali Radanın işində iki saatlıq fasilə elan edilib. Fasilə zamanı fraksiya rəhbərlərinin uzlaşdırıcı müşavirəsi keçirilməlidir.

Ukrayna prezidenti Yuşşenko növbədənkənar parlament seçkilərini dekabrın 7-nə təqdim edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti