Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Baş nazir Vladimir Qurgenidzeni istefaya göndərib. "Rustavi-2" telekanalının verdiyi xəbərə görə, Gürcüstan prezidenti bu barədə parlament çoxluğunun deputatları ilə görüşdə bəyan edib. Saakaşvili Gürcüstanın Türkiyə, Albaniya və Bosniya - Hersoqovinadakı səfiri 35 yaşlı Qriqol Mqaloblişvilini yeni Baş nazir təyin etmək niyyətindədir. Mqaloblişviliyə yeni hökuməti formalaşdırmaq və onu parlamentin təsdiqinə təqdim etmək tapşırılacaq.