...

İsrail  keçmiş Baş nazir İshak Rabinin qətlinin ildönümünü qeyd edir

Dünya xəbərləri Materials 4 Noyabr 2008 18:33 (UTC +04:00)

İsrail, Qüds, 04 noyabr/ Trend , müxbir A.Qut/ Bu gün və yaxın həftə ərzində İsraildə İshak Rabinə həsr edilmiş xatirə tədbirləri keçiriləcək. 13 il əvvəl - 1995-ci il noyabrın 4-də Baş nazir Təl-Əvivdə Çarlar meydanında güllələnmişdi.

Gündüz Qüdsdə Herzl dağında Rabinin məzarı önündə xatirə mərasimi keçirilib. Mərasimdə qətlə yetirilmiş Baş nazirin dostları, həmçinin İsrailin infrastruktur naziri Binyamin Ben-Eliezer və müdafiə nazirinin müavini Matan Vilnayi iştirak ediblər.

Sonra saat 19:30-da Təl-Əvivdə Rabin meydanında mitinq keçiriləcək. Saat 20:00-da Qan Şmuel kibutsunda qətlə yetirilmiş Baş nazirin yaxınlarının, həmçinin İsrailin Baş qərargahının rəisi Qabi Aşkenazinin iştirakı ilə anım mərasimi keçiriləcək.

Gələcək Baş nazir 1922 - ci il martın 1-də Qüdsdə doğulub. Onun atası - Nehimiya Rabin (Robiçev) 1905 - ci illdə Ukraynadan ABŞ-a köçüb, Çikaqoda məskunlaşaraq bu şəhərdə dərzi işləməyə başlayıb. 1910-cu ildə Fələstinə köçüb.

1968 - 1973 - ci ilərdə Rabin İsrailin ABŞ - da səfiri işləyib. 1973- cü ilin martında Knessetin deputatı olub. Qolda Meyer hökuməti 1974-cü ilin aprelində istefaya getdikdən sonra, Əmək Partiyası Rabinə yeni Nazirlər Kabinetini formalaşdırmağı tapşırıb. Knesset həmin il iyunun 3-də yeni Kabinetin tərkibini təsdiqləyib. Rabin və onun həyat yoldaşı qanunsuz valyuta əməliyyatları aparmaqda ittiham edildikdən sonra, 1977- ci ilin aprelində istefa verib.

Rabin 1995-ci ildə Təl - Əvivdə, fələstinlilərlə sülh tərəfdarlarının təşkil etdiyi mitinqdə çıxışından sonra, 25 yaşlı israilli tələbə-hüquqşünas İqal Əmir tərəfindən qətlə yetirilib.

Xəbər lenti

Xəbər lenti