...

İzmirdə Türkiyə və İtaliya Baş nazirlərinin görüşü keçiriləcək

Dünya xəbərləri Materials 11 Noyabr 2008 18:20 (UTC +04:00)

Türkiyə, Ankara, 11 noyabr/ Trend , müxbir A.Əlesgərov/ İtaliyanın Baş naziri Silvio Berluskoni və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bu həftə iki ölkənin hökumət komissiyalarının iclasına rəhbərlik edəcəklər. Bu barədə İtaliyanın Ankaradakı səfirliyindən daxil olan məlumatda bildirilir.

"Tudeys Zaman" nın verdiyi məlumata görə, bu qəbildən olan ilk hökumətlərarası sammit sabah İzmirdə başlanacaq. Burada İtaliyanın xarici işlər, müdafiə, nəqliyyat, iqtisadi inkişaf nazirləri və onların türkiyəli həmkarlarının iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti