...

Qırğızıstan prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb

Dünya xəbərləri Materials 28 Noyabr 2008 11:50 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 28 noyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Türkiyənin xarici işlər naziri Əli Babacan Bişkekə rəsmi səfəri çərçivəsində cümə günü Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ilə görüşüb.

Bakiyev görüş zamanı Qırğızıstanın Türkiyə ilə münasibətlərə böyük diqqət ayırdığını bildirib. O, həmçinin hər iki ölkənin siyasi məsələlərdə daim bir-birini dəstəklədiyini və gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini deyib.

"Türkiyə ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Bizim qardaşlıq və dostluq münasibətlərimiz qədim tarixə malikdir. Biz Qırğızıstan iqtisadiyyatında böyük irəliləyişlərin olduğunu görürük və buna çox şadıq. Bu gün biz sizin ölkənizdə mədəniyyət və təhsil layihələrini uğurla reallaşdırırıq. Qırğızıstanın xoşbəxt yaşaması bizim üçün səadətdir. Biz sizin ölkəyə rifah və stabillik arzulayırıq", - deyə Türkiyənin xarici işlər naziri bildirib.

Tərəflər Türkiyə prezidenti Abdulla Gülün 2009-cu ildə Qırğızıstana rəsmi səfər proqramını müzakirə ediblər.

Noyabrın 28-də günün ikinci yarısında Əli Babacanın iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti