...

Abxaziyalı cinayətkarlar 67 yaşlı gürcü qadını girov götürüblər

Dünya xəbərləri Materials 28 Noyabr 2008 13:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Abxaziyalı cinayətkarlar Gürcüstanın Qalsk rayonunun Nabakevi kəndinin 67 yaşlı sakini, gürcü qadın İrina Meboniyanı girov götürüblər.

Abxaziya Muxtar Respublikasından bildirirlər ki, dörd maskalı cinayətkar Meboniyanın öz evindəcə ona hücum edərək, fiziki təhqir ediblər.

Bundan sonra onu qaçıraraq Suxumi istiqamətinə aparıblar. Oğruların rus postlarından rahat keçdikləri xüsusi qeyd olunur.

Sonradan canilər Mebnoiyanın ailə üzvlərilə əlaqə yaradaraq, 30 min dollar məbləğində pul istəyiblər.

Bu, son ayda Qalsk rayonunda baş verən dördüncü adam oğurluğu hadisəsidir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti