...

YTB - Regionlar Partiyasının koalisiyası yaradılsa, Ukraynanın nəqliyyat naziri istefa verəcək

Dünya xəbərləri Materials 4 Dekabr 2008 17:56 (UTC +04:00)

Ukrayna, Kiyev, 04 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Yuliya Timoşenko Bloku (YTB) və Regionlar Partiyasının koalisiyası yaradılsa, Ukraynanın nəqliyyat və rabitə naziri İosif Vinski tutduğu vəzifədən istefa verəcək. Bu barədə YTB-nin kvotası üzrə hökumətin tərkibinə daxil olan Vinskinin nazirliyin saytında dərc olunmuş bəyanatında bildirilir.

"YTB və Regionlar Partiyası koalisiyasının Ukraynaya siyasi və iqtisadi sabitlik gətirəcəyi və böhran nəticəsində yaranmış problemləri həll edəcəyi fikri özünü aldatmaqdır. Çox ehtimal ki, bunun əksi baş verəcək", - Vinski vurğulayıb.

O, bu gün Regionlar Partiyasının başlıca məqsədinin "istənilən yolla (ya növbədənkənar seçkilər, ya da koalisiya yaratmaqla) dövlətin ehtiyatlarına çıxış əldə etmək olduğu" barədə fikir səsləndirib. Belə ki, sərt maliyyə böhranı şəraitində oliqarxlara oğurlanmış kapitallarını qorumaqda yalnız bu kömək edə bilər.

Vinski hesab edir ki, "demokratik YTB və oliqraxiyalı Regionlar Partiyası arasında süni koalisiyanın yaradılması Ukrayna üçün hər hansı bir perspektivin itirilməsinə gətirəcək, özünü qorumaq məqsədilə ölkə Konstitutsiyasına dəyişikliklərin edilməsi ilə xalqı hakimiyyətə istənilən təsirdən məhrum edəcək".

"Mən əminəm ki, ukraynalılar heç zaman buna razılaşmayacaqlar", - nazir qeyd edir. Onun rəyinə görə, Ukrayna üçün çıxış "yuxarıların siyasi sözləşməsində və "kuçmizm" dövrünə qayıtmaqda deyil,  xalqa söykənməkdə və Avropaya hərəkətdədir".

Vinski vurğulayıb ki, YTB və Regionlar Partiyası arasında koalisiyanın yaradılmasını qəti yolverilməz hesab edir.

Belə koalisiyanın yaradılsa, elə həmin  gün o, Ukrana nəqliyyat və rabitə naziri vəzifəsindən istefa verdiyini elan edəcək, - Vinski bildirib.

Əvvəllər YTB-nin nümayəndələri bəyan edirdilər ki, YTB fraksiyası Regionlar Partiyası fraksiyası ilə koalisiyanın yaradılmasına hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti