...

ABŞ RƏM sistemini sınaqdan keçirib

Dünya xəbərləri Materials 6 Dekabr 2008 03:25 (UTC +04:00)

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) uzaq radiuslu raketləri məhv edə bilən raket əleyhinə sistemin (RƏM) sınağını həyata keçiriblər. Bu barədə Röyter agentliyi Pentaqonun bəyanatına istinadən məlumat yayıb.

Raket-hədəf Kadyak adasından, qırıcı-raket isə ABŞ HHQ-nin Kaliforniyadakı Vandenberq bazasından havaya buraxılıb.

Digər detallar barədə məlumat verilmir.

ABŞ Çexiyada bir radar və Polşada on qırıcı-raket yerləşdirmək niyyətindədir. Məqsəd İrandan ehtimal olunan təhlükənin qarşısını almaqdır.

Xəbər lenti

Xəbər lenti