...

İsrail HƏMAS liderlərinə qarşı əməliyyatlara başlayıb (ÜMUMILƏŞDIRİLİB)

Dünya xəbərləri Materials 28 Dekabr 2008 01:44 (UTC +04:00)
İsrail HƏMAS liderlərinə qarşı əməliyyatlara başlayıb (ÜMUMILƏŞDIRİLİB)

Bu gün israilin hərbi-hava qüvvələri (HHQ) Qəzzə Zolağına zərbələr endirib. Fələstin ərazisinə 30 raket buraxılıb. Nəticədə HƏMASın hərəkət infrastrukturuna ciddi ziyan dəyib.

Son məlumata görə, İsrailin Qəzzə Zoloğına endirdikləri zərbələr nəticəsində 225 insan ölüb, 1000 nəfər isə yaralanıb.

Bu günə kimi Qəzzə Zolağından İsrail istiqnamətində 60-dan çox raket və mina atan mərmilər buraxılıb. Onlardan bir qismi Aşkelon və Netivot şəhərlərinə düşüb.

Cari ilin dekabr ayının 19-da HƏMAS və İsrail arasında yarım illik atəşkəs rejimi formal olaraq bitmişdir.

Bu razılıq Misirin vasitəçiliyi sahəsində yayın əvvəllərində əldə olunmuşdur. Lakin son zamanlar atəşkəs razılığı əməl olunmurdu.

Aviazərbələr nəticəsində HƏMAS-ın heç bir nümayəndəsi xəsarət almayıb.

İsrail ünvanına sərt çıxışlarla Evropa İttifaqı, Rusiya, Fransa, Böyük Britaniya, Misir, İran və digər ərəb ölkələrinin başçıları çıxış diblər.

Bu gün mətbuat-konfransı keçirən İsrailin müdafiə naziri Ehud Barak jurnalistlərə bildirib ki, Qəzzə Zolağından 20 kilometr ətraf ərazidə fövqaladə fiziyyət elan olunub, yollarda polis postları qurulub, bütün xidmətlər xüsüsi rejimdə çalışır. "Bu başlanğıcdır, qoşun davam etməyə hazırdır, və zərurət yarandıqda terrorçulara qarşı hərəkətləri genişləndirməyə və dərinləşdirməyə hazırdır", İsrailin müdafiə naziri deyib.

HƏMAS qisas almağa söz verib.

Qəzzə Zolağında üç günlük matəm elan olunub.

Xəbər lenti

Xəbər lenti