...

BMT-nin baş katibi İsraili Qəzzə Zolağında yerüstü əməliyyatın darhal dayandırılmasına çağırıb

Dünya xəbərləri Materials 4 Yanvar 2009 04:48 (UTC +04:00)
BMT-nin baş katibi İsraili Qəzzə Zolağında yerüstü əməliyyatın darhal dayandırılmasına çağırıb

Azərbaycan, Bakı, 4 yanvar/ Trend / BMT-nin baş katibi Ban Qi Mun İsraili Qəzzə Zolağında yerüstü əməliyyatın darhal dayandırılmasına çağırıb, BBC telekanalı BMT-nın mətbuat ofisinin bəyanatına istinadən məlumat verir.

"Yaranmış vəziyyət insanların hal hazırkı çətin durumuna çox pis təsir edəcək. İsrail əhalinin təhlükəsizliyini təmin etməli və humanitar yardımın gətirilməsinə icazə verməlidir", baş katib deyib.

İsrail hərbiçiləri şənbə günü axşam saatlarında Qəzzə Zolağında yerüstü əməliyyata başlayıblar. İsrailin quru qoşunları inzibati sərhəddi keçərək fələstinlilərin ərazilərinə soxulublar.

Yerüstü əməliyyat zamanı 8 fələstinli həlak olub. İsrail ordusunun 5 əskəri ölüb, 25 yaralanıb.

İndiyə kimi İsrail Qəzzə Zolağına havadan zərbələrin endirilməsilə kifayətlənirdi. Səkkiz gün davam edən müharibədə Qəzzə Zolağında 457 nəfər ölüb, 2300 nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti