...

Suriyanın xarici işlər naziri Ankaraya gəlir

Dünya xəbərləri Materials 5 Yanvar 2009 11:16 (UTC +04:00)

Suriyanın xarici işlər naziri Vəlid Muallim bu gün Ankaraya birgünlük rəsmi səfərə gəlir. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Bu gün keçiriləcək görüşlərdə Muallimin və Türkiyənin xarici işlər naziri Əli Babacanın Qəzzə hadisələri və yaxın şərq regionundakı son vəziyyəti müzakirə edəcəkləri bildirilir.

Muallimin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Güllə də görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti