...

Rusiya beynəlxalq sazişləri pozur – Gürcüstanın müdafiə naziri

Dünya xəbərləri Materials 30 Yanvar 2009 20:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan tərəfi ölkə ərazisində Rusiyanın hərbi bazalarının inşası perspektivlərinə etiraz edir və Rusiyanı beynəlxalq sazişləri pozmaqda ittiham edir. Bu ərazilərdə HDQ və HHQ bazalarının inşası tamamilə qanunsuzluqdur, - müdafiə naziri David Sixaruildze bəyan edib.

Abxaziya və Cənubi Osetiyada hərbi bazaların yerləşdirilməsi planı Rusiyanın heç bir güzəştlərə getməyərək, öz təsirini gücləndirmək niyyətləndirən xəbər verir, - Gürcüstan parlamentinin üzvü Paata Davitaya hesab edir.

ABŞ - ın Gürcüstandakı səfiri Con Tefft də bu məsələni öyrənməyi planlaşdırır. "Biz məsələni öyrənmək və Gürcüstana hansı təhdidlərdən söhbət getdiyini müəyyənləşdirməyə çalışırıq", - o qeyd edib.

Gürcüstan tərəfi Cenevrə danışıqlarında bu məsələni qaldırmağı planlaşdırır. Mövcud hərbi bazalara daha dörd baza əlavə oluna bilər: Qudaute, Piçori və Tsxinvalidə üç aerodrom, eləcə də Oçamçiredə hərbi-dəniz bazası.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti