...

Livan-İsrail sərhədində beş raket aşkar olunub

Dünya xəbərləri Materials 5 Fevral 2009 12:31 (UTC +04:00)

Livan ordusunun nümayəndələri və Livandakı koalisiya qoşunları BMT ordusunun ölkənin cənubunda, İsrail ilə sərhəddə beş "Katyuşa" raketi aşkar etdiklərini bildiriblər.

Əl-Cəzirə saytının verdiyi xəbərə əsasən, Livan ordusunun mətbuat katibinin məlumatına görə, raketlər Vadi Xamur vadisində, İsrail ilə sərhədin qərb hissəsində aşkarlanıb.

Livan ordusunun nümayəndəsi bildirib ki, raketlərin yeni və ya köhnə model olması hələ məlum deyil.

Livanın Təhlükəsizlik Qüvvələrindəki mənbənin sözlərinə görə, bu raketlərin fevralın 12-də Dəməşqdə terror hadisəsi nəticəsində Hizbullah hərbi cinahının keçmiş liderinin öldürülməsinin ildönümü ilə bağlı İsrail ilə sərhədə göndərilməsi barədə ehtimal var.

İsralin Qəzzə Zolağına 22 gün davam edən hücumlarına cavab olaraq yanvarın 8-də Livan tərəfindən İsrail sərhədinə bir neçə raket atılıb. Həmin raket zərbələri nəticəsində iki israilli xəsarət almışdı, lakin heç bir Livan qruplaşması buna görə məsuliyyəti öz üzərinə götürmədi.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti