Rusiya, Moskva 13 fevral Müxbir Trend R.Ağayev
Türkiyə prezidenti Abdullah Gül Moskvaya səfəri zamanı Rusiya prezidenti Dmitri Medvedyevlə görüş zamanı bildirib ki, Ankara və Moskva regional və beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edir.
"Regional və beynəlxalq məsələləri müzakirə etdik və bu məsələlərdə eyni mövqedən çıxış etdiyimizi görmək bizi sevindirdi", - deyə Gül bildirib.
Gül onu da əlavə edib ki, Türkiyə-Rusiya əlaqələri çox tərəflidir və bu əlaqələrin daha da yaxşılaşdırılması üçün addımlar atılacaq. Abdullah Gül Rusiya və Türkiyənin regionun iki önəmli ölkəsi olaraq əməkdaşlığa böyük əhəmiyyət veridklərini və iki ölkə arasında 30 milyard dollar olan ticarət həcmini 50 milyarda dollara qədər yüksəltmək istədiklərini bildirib. Moskvaya səfərinin iki ölkə arasında yeni bir səhifə açacağına inandığını deyən Gül, Rusiya prezidentini Türkiyəyə dəvət edib.