...

Dünya Ahıska Türklərinin liderinə Almatı vilayəti İliysk rayonunun fəxri vətəndaşı adı verilib

Dünya xəbərləri Materials 17 Fevral 2009 22:59 (UTC +04:00)

Qazaxıstan, Almatı, 17 fevral / Trend , R.Мəşədihəsənli / Dünya Ahıska türkləri Birliyinin prezidenti, Qazaxıstandakı Ahıska milli mərkəzinin başçısı Ziyaeddin İsmihan-oğluna bu gün Almatı vilayəti İliysk rayonunun fəxri vətəndaşı adı verilib. Bu barədə Trend müxbirinə İsmihanoğlunun özü məlumat verib.

Dünya Ahıska türkləri liderinin sözlərinə görə, əvvəllər ondan başqa bu fəxri vətəndaşlıq adına Qazaxıstan Respublikası Daxili İşlər Nazirinin müavinləri A.Şpekbayev  və K.Kasımov da layiq görülüblər.

Fəxri vətəndaş adını bildirən xüsusi vəsiqəni və bel aşırmasını təqdim edən İliysk rayonun akimi Nikolay Loqotov Z.İsmihanoğlunun təkcə Almatı vilayətində deyil, bölgənin bütün rayon və kəndlərində həyata keçirdiyi xeyriyyə tədbirləri, gənclərin təhsili və respublikada, o cümlədən Beynəlxalq yarışlarda onların təmsil olunmalarına maliyyə vəsaiti ayırdığı üçün mərasim iştirakçıları adından ona təşəkkür etdi.

Ayrıca, Ziyaeddin İsmihanoğlunun qardaşı, vilayət Məsləhətində deputat kimi təmsil olunan Hüseyin İsmihanoğluna da messenatlıq fəaliyyətinə görə minnətdarlıq ifadə edildi. Son iki ildə İsmihanoğlu qardaşlarının hər birinin ümumi dəyəri 500 min ABŞ dolları olan 5 məscid tikərək dindarların xidmətinə verdikləri və digər xeyirxah əməlləri barədə mərasim iştirakçılarına məlumat verildi.

"Mən İliysk rayonunun yetirməsiyəm. Alma-Ata Xalq Təsərrüfatı İnstitutunu bitirən kimi, əmək fəaliyyətinə bu rayonda başlamışam. 1995-ci ilədək uzun müddət rayonun Burunday qəsəbəsində İctimai İaşə İdarəsinin rəisi olmuşam. Qardaşım Hüseyinlə birlikdə indi dünyanın bir çox ölkələrində qurduğumuz biznesə gedən yolu İliysk rayonundan başlamışıq və bugün də fəxr edirəm ki, bu kiçik, lakin dünyalarca böyük olan bir rayonun yetirməsiyəm", - dünya Ahıska Türklərinin lideri dedi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti