...

AŞPA-nın həmməruzəçiləri gürcü tərəfinə aprelin 9-dakı aksiya ilə bağlı tövsiyələrini verib

Dünya xəbərləri Materials 27 Mart 2009 10:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 mart / Trend müxbir N.Kirtsxaliya/

AŞPA-nın monitorinq komitəsinin məruzəçisi Matias Yorş Gürcüstan daxili işlər naziri Vano Merabişviliyə bütün müxalifət partiyalarını bir yerə toplamaq və hökümətlə birlikdə aprelin 9-da keçiriləcək aksiyanın təhlükəsizlik planını hazırlamağı təklif edib.

AŞPA-nın nümayəndəsi yekun konfransında bildirib ki, "birgə təhlükəsizlik planının hazırlanması aprelin 9-da baş tutacaq aksiyanın sülh çərçivəsindən kənara çıxmaması baxımından vacibdir".

"Mənim belə bir təklifim var: bütün müxalifət partiyalarının nümayəndələri və hökümət birgə təhlükəsizlik planı hazırlamalıdır ki, bu aksiya sülh formasında keçsin", - Yorş bildirib və etiraz aksiyasının ölkənin inkişafına dissonans vurmaycağına ümid etdiyini dilə gətirib.

Bununla yanaşı o Gürcüstanda keçirdiyi görüşlər haqda da danışıb və qeyd edib ki, "Avropa Şurası hazırkı durum və aprelin 9-dakı aksiya ilə çox maraqlanır".

Yorş Gürcüstanın ən böyük problemini müxalifət və hökümət arasında inamın olmamasını hesab edir. "Hesab edirəm ki, Gürcüstanda əsas problemi müxalifət və hökümət arasında inamın olmamasıdır, baxmayaraq ki, hər iki tərəf bu aksiyanın sülh şəraitində keçəcəyini qeyd edir",  - o bildirib.

Bununla yanaşı AŞPA-nın monitorinq komitəsinin ikinci məruzəçisi Kastrio İslam hökümət və müxalifət partiyalarını "qanunvericiliyin birgə dəyişdirilməsi prosesinə qoşulmağa" çağırıb.

İkinci tövsiyəyə gəlincə, İslam siyasi qüvvələrə Venesiya komissiyasının hazırlayacağı təklif və tövsiyələri nəzərə almağa çağıran müraciət edib.

"Tövsiyələrin nəzərə alınması demokratiyanın səviyyəsinin artımı göstəricisi olacaq. Qanunvericiliyə dəyişikliklər prosesində hər iki tərəfin iştirakı vacibdir. Qanunvericilyə dəyişikliklər etmək istəyi həm hökümət, həm də müxalifətdə var, müvafiq olaraq ümid edirəm ki, onlar əməkdaşlıq edəcəklər", - İslam bildirib.

Xatırladaq ki, AŞPA-nın monitorinq komitəsinin həmməruzəçiləri Matias Yorş və Kastrio islam Gürcüstana üç gün əvvəl gəlib. Səfər çərçivəsində onlar bütün siyasi qruplarla görüşüb və Gürcüstandakı durumu yaxından öyrənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti