...

Türkmənistanda Rusiya mədəniyyəti həftəsi başlayıb

Dünya xəbərləri Materials 6 Aprel 2009 12:46 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 06 aprel / Trend , müxbir H.Həsənov /

Bu gün Türkmənistanda Rusiya mədəniyyəti həftəsi başlayır. Proqramında "Bolşoy teatr", Akademik Filarmoniya, Moskva Opera Teatrı, Rus Xalq Alətləri Orkestri, S.V.Obraztsov adına Kukla Teatrının təqdimatı, rus film və sərgilərinin nümayişi nəzərdə tutulub.

Rusiyada Türkmənistan mədəniyyəti həftəsi 2010-cu ildə keçiriləcək.

"Rusiya Federasiyasının Türkmənistanda mədəniyyət günlərinin keçirilməsi, gələn il isə Türkmənistan mədəniyyəti günlərinin Rusiyada keçirilməsi xalqlar arasında mövcud dostluq və qardaşlığın daha da möhkəmlənməsinə kömək edəcək", - prezident Qurbanqulı Berdımuhammedovun mədəni tədbirin iştirakçılarına ünvanladığı müraciətində deyilir.

Türkmən rəhbərin fikrincə, "hazırda Türkmənistan və RF ilə dostluq və qonşuluq münasibətləri prinsipial yeni dərəcə qazanıb".

Berdımuhammedov qeyd edir ki, bir müddət əvvəl Moskvada keçirilmiş danışıqların yekunları göstərdi ki, ölkələr arasında genişmiqyaslı əməkdaşlıq strateji xarakter daşıyır. Buna sübut kimi, o, bir sıra ikitərəfli sənədlərin imzalanmasını göstərib.

"Türkmənistan RF-nin böyük region və sənaye mərkəzləri, xüsusilə Sankt-Peterburq, Tatarıstan Respublikası, Həştərxan vilayəti və başqaları ilə birbaşa əlaqələr qurur. "Həştərxan və Stavropol vilayətində məşhur türkmən şairi Mahmutkulu Fragiyə qoyulmuş abidələr bizim rus qardaşlarımızın nəinki böyük söz ustadına, həm də bütün türkmən xalqına dərin hörmətini nümayiş etdirir. Bununla yanaşı, bu fakt iki ölkə arasındakı mədəni münasibətlərin sürətli inkişafından xəbər verir", - Berdımuhammedov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti