...

İran yaxın zamanlarda kosmosa yeni, daha böyük peyk göndərəcək - Mahmud Əhmədinijad

Dünya xəbərləri Materials 15 Aprel 2009 02:31 (UTC +04:00)

İran yaxında zamanlarda kosmosa yeni, daha böyük peyk göndərəcək. Peykin orbitaya çatdırılması üçün 1,5 min km uça bilən raket istifadə olunacaq. İRNA-nın məlumatına görə belə bir bəyanatla, İran prezidenti Mahmud Əhmədinicat çıxış edib. "700-1500 km radiusu qət etmək iqtidarında olan raket, daha böyük peykin orbitaya çatdıracaq", deyə İran lideri bildirib.

Bu bəyanat, İranın nüvə silahı və onun daha effektiv çatdırılması üçün çalışdığından ehtiyatlanan Qərb liderlərini daha da narahat edə bilər, - bu barədə RBK yazır.

İlk İran peyki kosmosa 2009-cu ilin fevralında göndərilmişdi.

Xəbər lenti

Xəbər lenti