...

Qırğızıstan DİN-in qərargah rəisinin üstünə sulfat turşusu töküblər, hazırda reanimasiyadadır

Dünya xəbərləri Materials 23 Aprel 2009 15:15 (UTC +04:00)
Qırğızıstan DİN-in qərargah rəisinin üstünə sulfat turşusu töküblər, hazırda reanimasiyadadır

Qırğızıstan paytaxtında naməlum şəxs tərəfindən Qırğızıstan DİN-in qərargah rəisi polkovnik Kırkkeldi Kadırbayevin üstünə sulfat turşusu töküblər. Məlumatı RİA Novosti agentliyinə DİN mətbuat xidmətinin rəhbəri Bakıt Seyidov verib. Onun sözlərinə əsasən, hadisə yerli vaxtla saat 12:20-də baş verib.

"Hazırda Kadırbayev ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Fakt üzrə cinayyət işi açılıb və ekspetiza təyin edilib", - Seyidov deyib.

İlkin məlumata əsasən, milis nəfərinin üzərinə təqribən 2 litr sulfat turşusu tökülüb.

Qərargah rəisi vəzifəsini tutmazdan əvvəl Kadırbayev DİN-in Daxili Təhlükəsizlik Xidmətinə və nazirliyin Baş İstintaq İdarəsinə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti