...

Türkiyə ilə Suriya müştərək hərbi təlimlər keçirəcəklər

Dünya xəbərləri Materials 26 Aprel 2009 14:26 (UTC +04:00)

Türkiyə və Suriya ilk dəfə olaraq bazar ertəsi müştərək hərbi təlimlər keçirəcək. Bu barədə İran televiziyası Çin KİV-inə istinadən məlumat yayıb.

Türkiyə silahlı qüvvələri bəyanat yayaraq bildirib ki, Türkiyə və Suriya quru qoşunları iki ölkənin sərhədində müştərək hərbi təlimlər keçirəcək. Bəyanatda bildirilir ki, ilk dəfədir ki, iki ölkənin quru qoşunları müştərək hərbi təlimlər keçirir.

Təlimlərdə məqsəd iki ölkənin hərbi sahədə dostluq səviyyəsinin artırılması, iki ölkə qoşunları arasında inam hissinin artırılması və sərhəd qüvvələrinin hərbi gücünün artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti