...

Bu gün Moskvada "Eurovision-2009" müsabiqəsinin rəsmi açılışı olacaq

Dünya xəbərləri Materials 10 May 2009 02:19 (UTC +04:00)
Bu gün Moskvada "Eurovision-2009" müsabiqəsinin rəsmi açılışı olacaq

Bu gün Moskvada "Eurovision-2009" müsabiqəsinin rəsmi açılışı keçiriləcək. Bu haqda RİA Novosti agentliyinə müsabiqənin təşkilatçıları məlumat verib.

İlk mahnını isveçrəli Lis Assia ifa edəcək. İlk "Eurovision"-nun 1956-cı ildə qalibi olmuş Assia o vaxt oxuduğu mahnı ilə çıxış edəcək.

Xəbərə görə, ötən ilki müsabiqənin qalibi olmuş Rusiya bu dəfə yarışa finaldan qatılacaq. Final mərhələsində birbaşa çıxış etmək həmçinin Böyük Britaniya, Fransa, Almaniya və İspaniya kimi ölkələrin hüququ var.

Yarımfinala gəldikdə isə ilk yarımfinalda Çernoqoriya, Çexiya, Belçika, Belarus, İsveç, Ermənistan, Andorra, İsveçrə, Turkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya və Herseqovinanın nümayəndələri çıxış edəcəklər.

Azərbaycan, habelə İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya və Niderland təmsilçiləri ikinci yarımfinalda qüvvlərini sınayacaqlar.

Yarımfinalların aparıcıları Andrey Malaxovla Natalya Vodyanova olacaqlar.

Xəbər lenti

Xəbər lenti