...

Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"də illik hasilat proqnozları ötəcək – nazir

Dünya xəbərləri Materials 23 May 2009 11:46 (UTC +04:00)
Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"də illik hasilat proqnozları ötəcək – nazir

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir E.İsmayılov /

"Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"də illik hasilat ikinci mərhələnin başlanğıcına qədər 9 milyard kubmetr həcmində saxlanılacaq", - cümə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Əvvəllər "Şahdəniz"də ildə 8,6 milyard kubmetr qaz əldə edilməsi planlaşdırılırdısa, indi bu rəqəm 9 milyarda çatdırılıb və ikinci mərhələyə qədər bu səviyyədə qalacaq", - Əliyev bildirib.

Onun sözlərinə görə, bu yataqdan kondensat hasilatı sutkada 40 min barel, illik isə təxminən 2 milyon ton təşkil edir.

"İkinci mərhələyə 20 milyard dollar sərmayə qoyulması əsaslandırılmalı, sərf ediləcək vəsaitlərin örtülməsində əminlik olmalıdır. Məhz bu səbəbdən də qazı iqtisadi cəhətdən sərfəli olan ən yüksək qiymətlərlə realizə etmək lazımdır", - Əliyev qeyd edib.

Hazırda SOCAR ikinci mərhələ çərçivəsində marketinq tədqiqatları, tranzit şərtlərinin öyrənilməsini həyata keçirir. "Biz burada 16 milyard kubmetr qazdan danışırıq", - Əliyev qeyd edib.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, SOCAR - 10 faiz.

Layihənin birinci mərhələsi çərçivəsində qaz Cənubi Qafqaz boru kəməri ilə Türkiyə və Gürcüstana nəql olunur. Bu il yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində 9 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulub.

Reallaşdırılmasına 2014-cü ildə başlanacaq ikinci mərhələ çərçivəsində yataqda ümumi hasilat 20 mlrd. kubmetrə çatdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti