...

Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel işləməsi hər iki ölkə üçün vacibdir - nazir

Dünya xəbərləri Materials 29 May 2009 11:39 (UTC +04:00)
Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel işləməsi hər iki ölkə üçün vacibdir - nazir

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.İsmayılov /

Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel işləməsi hər iki ölkə və xüsusilə də Rusiyanın cənub hissəsinin enerji ilə təminatı üçün olduqca mühüm ola bilər. Bu barədə cümə günü Bakıda MDB-nin Elektroenergetika Şurasının 35-ci iclasında iştirak edən Rusiya Federasiyasının energetika naziri Sergey Şmatko.

"Biz düşünürük ki, bizim enerji sistemlərimizin paralel işləməsi üçün yaxşı imkanlar mövcuddur", - deyə Şmatko bildirib.

Onların texnoloji baxımdan bir-birini yaxşı tamamlaması sayəsində bizim enerji sistemlərimizin işinin yüksək səmərəliliyini proqnozlaşdırmaq üçün hər bir əsas var. Şmatko bildirib ki, bugünkü iclasda enerji axınının artırılması üçün Azərbaycan və Dağıstan arasında əlavə enerji şəbəkələrinin tikilməsi məsələsinin müzakirəsi də planlaşdırılır. "Həmçinin bizim enerji sistemlərimizin işinin etibarlılığının artırılması məsələsinin müzakirəsi planlaşdırılır", - deyə nazir bildirib.

Tərəflər həmçinin iki ölkə ərazisində enerjigenerasiya güclərinin və ilk növbədə su elektrik stansiyalarının yaradılması məsələlərini müzakirə etmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti