FİFA-nın inzibati komitəsi İranın Futbol Federasiyasını 12 min frank cərimə edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
FİFA-nın inzibati komitəsinin qərarı İran Futbol Federasiyasına təqdim olunub. Qərarda bildirilir ki, iranlı tamaşaçılar Səudiyyə Ərəbistanının futbol komandası ilə oyun zamanı qanunu puzublar. Onlar həmin oyun zamanı futbol meydançasına alovlu partlayıcı maddə atıblar.
İran milli futbol komandası və Səudiyyə Ərəbistanı futbol komandası arasında görüş martın 28-də Tehranın "Azadi" futbol stadionunda keçirilib. Oyunda iranlı futbolçular 2-1 hesabı ilə məğlub olublar.