...

Azərbaycan və Cənubi Koreya arasında poçt sferasında memorandum imzalanıb

Dünya xəbərləri Materials 9 İyun 2009 19:35 (UTC +04:00)
Azərbaycan və Cənubi Koreya arasında poçt sferasında memorandum imzalanıb

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir C.Babayeva /

Bakıda Azərbaycan və Cənubi Koreya arasında poçt sferasında qarşılıqlı anlaşma haqqında çərşənbə axşamı memorandum imzalanıb. Bu barədə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Azərbaycan tərəfindən sənədi Azerpocht-un baş direktoru Qəmbər Bəybalayev, Koreya tərəfindən ölkə poçtunun baş direktoru Kim Ki Deok imzalayıb.

İmzalanmış memorandumun məqsədi tərəflər arasında əməkdaşlığı təmin edən əsasın yaradılmasıdır. Sənədə müvafiq olaraq, tərəflər poçt sektorunun müxtəlif sahələrində əməkdaşlıq həyata keçirəcəklər. Həmçinin kadr, təcrübə, qarşılıqlı maraq kəsb edən informasiya məsələləri üzrə, poçt rabitəsi sahəsində texnologiya və s. mübadilə etmək planlaşdırılır.

Koreyə tərəfi təmənnasız olaraq Azerpocht-a 100 kompüter verib.

Koreyanın poçt administrasiyasının nümayəndə heyəti Kim Ki Deokun başçılığı altında bu gün Bakıya gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti