...

İranda 70 nəfər universitet müəllimi həbs olunub

Dünya xəbərləri Materials 25 İyun 2009 11:43 (UTC +04:00)

İran universitetlərinin İslami Müəllimlər Birliyinin üzvlərindən 70 nəfər həbs olunub. Bu barədə Mir Hüseyn Musəviyə bağlı "Kəlimə" xəbər saytı məlumat yayıb.

Məlumata əsasən, ötən gün İran universitetlərinin İslami Müəllimlər Birliyinin üzvləri prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvi ilə görüş keçiriblər. Görüşdən sonra onlardan 70 nəfər həbs olunub. Həbs olunanların hara aparıldığı məlum deyil.

İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı prezidenti Əhmədinejad səslərin 62,63%-i toplayıb. Onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75%-i toplayıb. Musəvi seçkilərin nəticələri elan olunmamışdan öncə qələbə qazandığı barədə bəyan etsə də, sonradan hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan minlərlə insan etiraz aksiyası keçirib ki, bu da polislə toqquşmaya səbəb olub. Təsdiqlənməmiş məlumatlara əsasən, küçə toqquşmaları nəticəsində 150 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti