...

Türkiyə və Rusiya Cənubi Qafqazdakı münaqişələrin həllində fəal rol oynayırlar - RF XİN

Dünya xəbərləri Materials 2 İyul 2009 14:50 (UTC +04:00)
Türkiyə və Rusiya Cənubi Qafqazdakı münaqişələrin həllində fəal rol oynayırlar - RF XİN

"Türkiyə və Rusiya Cənubi Qafqazdakı münaqişələrin həllində ən fəal rollardan birini oynayırlar", - RF XİN rəhbəri Sergey Lavrov Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransında deyib, "Vesti" telekanalı məlumat verib.

"Türkiyə və Rusiya Qafqazdakı durumu müzakirə edir, İraq və bütün Yaxın Şərqdəki münaqişələrin həlli üzrə əhatəli təkliflər hazırlayırlar", - Lavrov bildirib.

O əlavə edib ki, Davudoğlunun Moskvaya səfəri zamanı Rusiya və Türkiyə həmçinin Rusiyanın dəstəklədiyi Türkiyənin "Qafqazda təhlükəsizlik və sabitlik platforması" təşəbbüsünün yaradılmasını da müzakirə ediblər.

Rusiya və Türkiyə 2008-ci ilin sentyabrının ortalarında "Qafqazda təhlükəsizlik və sabitlik platforması"nın yaradılması üzrə planın realizəsinə başlayıblar. Məqsəd Rusiya və Türkiyənin Qafqazda Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan arasındakı ərazi münaqişələrinin tezliklə həll edilməsidir.

Xəbər lenti

Xəbər lenti