...

Misir Prezidenti hakimiyyəti böyük oğluna təhvil vermək niyyətindədir

Dünya xəbərləri Materials 11 İyul 2009 14:08 (UTC +04:00)

Son 28 ildə ölkəyə rəhbərlik edən Misir Prezidenti Hüsni Mübarək parlament buraxılana qədər istefa vermək və prezident seçkilərini 20011-ci idən 2009 və yaxud 2010-cu ilə keçirmək niyyətindədir. Bu barədə "Irish Times" qəzeti ərəb mətbuatına istinadən yazır.

Ər-Riyada son səfəri zamanı Mübarək Səudiyyə Ərəbistanı kralına bildirib ki, 12 yaşlı nəvəsinin qəfil ölümündən sonra səhhətində yaranan problemlərlə bağlı səlahiyyət müddəti bitməmiş istefa vermək niyyətindədir. Mübarək hakimiyyəti oğlu Camala ötürmək fikrindədir.

Lakin hakimiyyətin Camala verilməsi birbaşa həyata keçirilməyəcək. Camal Mübarək varlı iş adamı və hakim partiyanın üzvü olsa da, yüksək nüfuza malik deyil. Bu səbəbdən, Prezidenti Misir kəşfiyyatının rəhbəri və ölkədə hərbi hakimiyyətə nəzarət edən Əmr Süleyman əvəz edə bilər.

"Əl-Usbua" qəzetinin yazdığına əsasən, Süleyman həmişəki kimi yenə FƏTH və HƏMAS, əsgər Qilad Şalitin qaytarılması isiqamətində aparılan İsrail - HƏMAS danışıqlarında vasitəçi olaraq iştirak edəcək, Misirin xarici və daxili, eləcə də regionun siyasətinə təsir göstərəcək.

Mübarək 1981-ci ildən, Ənvər Sadat İsraillə müqavilə bağladığı üçün ordu zabitldəri tərəfindən qətlə yetirildikdən sonra həkimiyyətə gəlib. O vaxtlar Misir Hərbi Hava Qüvvələrinin keçmiş rəhbəri Mübarək vitse-prezident vəzivəsini tuturdu.

Xəbər lenti

Xəbər lenti