...

Güclü yağış İranın Qərbi Azərbaycan vilayətində bir nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 30 İyul 2009 10:38 (UTC +04:00)
Güclü yağış İranın Qərbi Azərbaycan vilayətində bir nəfərin ölümünə səbəb olub

Güclü yağış və dolu  İranın Qərbi Azərbaycan vilayətində 5 şəhərə ziyan vurub, bir uşağın olümünə səbəb olub. Bu barədə Trend İran televizyasının rəsmi saytına istinadən məlumat verir. Sel və daşqınlar həmin vilayətdə 30 kəndi Urmiya şəhəri ilə birləşdirən  yol təsərrüfatına və 400 evə ciddi ziyan vurub. 750 baş mal-qaranı sel aparıb.

Daşqınlar daha çox Xoy şəhərinin Siyəhbaz kəndinə ziyan vurub, Qərbi Azərbaycan vilayətinin Çaldıran, Çaypara, Maku və Şut şəhərlərində bir neçə hektar əkin sahəsinin məhv olmasına, 80 evin, iki körpünün dağılmasına səbəb olub, 50 baş mal-qaranı sel aparıb.

Xəbər lenti

Xəbər lenti