İranın cənubunda yerləşən Sistan və Bəluçistan əyalətində 4 nəfərdən ibarət terror qrupu zərərsizləşdirilib.
İranın İRNA agentliyinin avqustun 12-də yaydığı məlumata əsasən, Condullah terror şəbəkəsi ilə əlaqədə olan bu qrup Pakistan sərhədindən keçərək, İranda partlayış törətmək məqsədi ilə Sistan və Bəluçistan əyalətinə gəliblər.
İRNA-nın məlumatına əsasən, həbs olunanların müvəqqəti yerləşdikləri evlərdə axtarış keçirilən zaman külli miqdarda silah, partlayıcı maddə və hərbi sursat aşkarlanıb.
Condullah hakimiyyətdən sünni məzhəbli bəluç xalqının hüquqlarının qorunmasını tələb edir. İran bu təşkilatı terrorçuluqda ittiham edir.