...

Əfqanıstanın Bəlx əyalətininin qubernatoru Seçki Komissiyasını seçkilərin nəticələrini hazırkı prezidentin xeyrinə saxtalaşdırmaqda günahlandırıb

Dünya xəbərləri Materials 20 Avqust 2009 16:25 (UTC +04:00)
Əfqanıstanın Bəlx əyalətinin qubernatoru Ətta Məhəmməd Nur Seçki Komissiyasını seçkilərin nəticələrini hazırkı prezident Həmid Kərzayinin xeyrinə saxtalaşdırmaqda günahlandırıb. Bu barədə BBC xəbər verib.
Əfqanıstanın Bəlx əyalətininin qubernatoru Seçki Komissiyasını seçkilərin nəticələrini hazırkı prezidentin xeyrinə saxtalaşdırmaqda günahlandırıb

Əfqanıstanın Bəlx əyalətinin qubernatoru Ətta Məhəmməd Nur Seçki Komissiyasını seçkilərin nəticələrini hazırkı prezident Həmid Kərzayinin xeyrinə saxtalaşdırmaqda günahlandırıb. Bu barədə BBC xəbər verib.

O bildirib ki, komissiya seçicilərə ikinci dəfə səs verməsi üçün barmaqlarına vurulan mürəkkəbi silməyə parça verir. O, həmçinin komissiyanı Kərzayinin xeyrinə səs toplamaq üçün savadsız seçiciləri aldatmaqda da günahlandırır. Komissiya iddiaları təkzib edir.

Əfqanıstanda prezident seçkiləri başlayıb. Seçki hüququna Əfqanıstanın 29 milyon əhalisinin 17 milyonu malikdir. Əfqanıstanda 2001-ci ildə ABŞ-ın hərbi əməliyyatlarının başlanmasından sonra bu seçkilər sayca ikincidir. Hazırkı prezident seçkilərində Kərzayinin əsas rəqibləri sabiq xarici işlər naziri Abdulla Abdulla və keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzidir.

Xəbər lenti

Xəbər lenti