...

AKP ilə PKK eyni düşüncədədir - Türkiyənin müxalifət lideri

Dünya xəbərləri Materials 29 Sentyabr 2009 16:38 (UTC +04:00)

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyanın keçirildiyi mətbuat konfransında ölkədəki hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə PKK terror teşkilatının eyni düşüncədə olduğunu bildirib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"AKP ilə PKK eyni düşüncədədir. Baş nazir Ərdoğan ölkənin unitar sistemini qorumaq əvəzinə, onu parçalanmağa aparır", - deyə Bahçeli bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

MHP lideri onu da qeyd edib ki, AKP hakimiyyətinin ölkəni hara apardığı bəlli deyil.

"Baş nazir ölkənin konstitusiyasına zidd hərəkətlər etmək təşəbbüsündədir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti