...

İran 600 ton narkotik maddəni məhv edəcək - İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi

Dünya xəbərləri Materials 30 Sentyabr 2009 13:02 (UTC +04:00)
İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadi bildirib ki, İranda və dünyada ilk dəfə olaraq “İran polisi həftəsi” ərzində 600 ton müxtəlif növ narkotik maddə məhv ediləcək.
İran 600 ton narkotik maddəni məhv edəcək - İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi

İranın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həmidrza Hüseynabadi bildirib ki, İranda və dünyada ilk dəfə olaraq "İran polisi həftəsi" ərzində 600 ton müxtəlif növ narkotik maddə məhv ediləcək. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Hüseynabadinin sözlərinə görə, İranda müsadirə olunmuş 600 ton müxtəlif növ narkotik maddələrin 300 tonu əyalətlərdən götürülüb. "Cari ilin ilk 6 ayında 306 ton narkotik maddə müsadirə olunub və hazırda ölkənin anbarlarında 1000 ton narkotik maddə saxlanılır", - deyə Hüseynabadi əlavə edib.

Hər il İranda mehr ayının 13-ü (bu il oktyabrın 5-nə təsadüf edir) "Polis günü" kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti