...

Türkiyə Azərbaycanın maraqlarını öz maraqları kimi qoruyur – Baş nazir Ərdoğan

Dünya xəbərləri Materials 1 Oktyabr 2009 11:52 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bildirib ki, Türkiyə dünya ilə münasibətlərini yeniləşdirir və dəyişir. O, həmçinin əlavə edib ki, Türkiyə problemin həll olunması üçün Ermənistan ilə danışıqları davam etdirəcək. Ərdoğan xalqa televiziya vasitəsilə müraciətində bildirib ki, Türkiyə və Ermənistanın nail olduğu protokol problemin həlli üçün yaxşı siqnal oldu, Anadolu xəbər verir.
Türkiyə Azərbaycanın maraqlarını öz maraqları kimi qoruyur – Baş nazir Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bildirib ki, Türkiyə dünya ilə münasibətlərini yeniləşdirir və dəyişir. O, həmçinin əlavə edib ki, Türkiyə problemin həll olunması üçün Ermənistan ilə danışıqları davam etdirəcək. Ərdoğan xalqa televiziya vasitəsilə müraciətində bildirib ki, Türkiyə və Ermənistanın nail olduğu protokol problemin həlli üçün yaxşı siqnal oldu, Anadolu xəbər verir.

"Bu protokol Türkiyə parlamenti onu təsdiqlədikdən sonra qüvvəyə minəcək", - o bildirib. "Biz iki ölkə arssındakı problemin həll edilməsi üçün danışıqlarımızı davam etdirəcəyik və münasibətlərimizi dostluq üzərində quracağıq", - Baş nazir qeyd edib.

Ərdoğan vurğulayıb ki, Türkiyə Ermənistan ilə danışıqlarda Azərbaycanın maraqlarını "öz maraqları kimi qoruyacaq".

"İnanıram ki, bu proses Türkiyə, Azərbaycan və Ermənistan üçün xoşbəxtliklə sonlanacaq və "qanqrena"ya çevrilən bu məsələ aradan qaldırılacaq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti