...

1915-ci il hadisələrində ermənilərlə bərabər türklər də zərər çəkiblər - Türkiyə Prezidenti (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 7 Oktyabr 2009 12:59 (UTC +04:00)

RED: İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub.

Türkiyə Prezidenti Adullah Gül Parisə səfəri zamanı keçirdiyi mətbuat konfransında 1915-ci ildə baş vermiş hadisələr zamanı yalnız ermənilərin deyil, eyni zamanda türklərin də zərər çəkdiyini bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"1915-ci il hadisələrində yalnız ermənilər deyil, eyni zamanda türklər də zərər çəkiblər", - deyə Gül bildirib.

Onun sözlərinə əsasən, keçmişdə olan hadisələrin müzakirəsi Türkiyə və Ermənistanın gələcəyinə zərər vura bilər.

Prezident Gül 1915-ci il hadisələrinin araşdırılması üçün Ankara və Yerevan arasında birgə komissiyanın yaradılmasının vacibliyini qeyd edib.

Hər il aprelin 24-də ermənilər tarixi faktları saxtalaşdıraraq Ankaraya qarşı əsassız iddialar ilə çıxış edərək "erməni soyqırımı"nın ildönümünü qeyd edirlər. 2006-cı ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidentinə birgə komissiyanın yaradılması təklifi ilə müraciət edib, lakin erməni tərəfi bu hadisələrlə bağlı şübhə olmadığını bəyan edərək, bu təklifdən imtina edib.

"Biz komissiyanın təqdim edəcəyi faktları qəbul edəcəyik. Biz hər bir ölkənin komissiyanın işində iştirakını səmimi şəkildə dəstəkləyirik, Fransa alimləri də bu prosesə qoşula bilərlər", - Gül bildirib.

Ərdoğanın əvvəlcədən Trend agentliyinə müsahibəsində bildirdiyi kimi, Türkiyə və Ermənistanın xaric işlər nazirləri oktyabrın 10-u, ya da 11-də görüşəcəklər və ilkin sənəd imzalayacaqlar. "Xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən iki protokol imzalanacaq, sənədlərin mətnləri razılaşdırılıb və beynəlxalq səviyyədə ciddi irəliləyiş kimi qəbul edilib", - Baş nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti