...

Dünya Bankının siyasəti və BVF-nin favoritliyi İranın hiddətinə səbəb olub

Dünya xəbərləri Materials 7 Oktyabr 2009 14:03 (UTC +04:00)
Press TV-nin verdiyi məlumata görə, İranın maliyyə naziri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) bəzi ölkələrə qarşı "diskriminasiyalı siyasətini" tənqid edib.
Dünya Bankının siyasəti və BVF-nin favoritliyi İranın hiddətinə səbəb olub

Press TV-nin verdiyi məlumata görə, İranın maliyyə naziri Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) bəzi ölkələrə qarşı "diskriminasiyalı siyasətini" tənqid edib.

Şəmsəddin Hüsyni BVF və DB-nin çərşənbə axşamı İstanbulda keçirilən yarım illik kuluar iclasında deyib ki, son illər bu iki beynəlxalq təşkilat İran kimi bəzi ölkələrə münasibətdə - onlar tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsində - diskriminasiyalı siyasət yürüdürlər.

O deyib ki, bu iki maliyyə təşkilatının vəzifəli şəxsləri tərəfindən bütün maraqlı tərəflərin haqları pozulur.

Hüsyni həmçinin, Dünya Bankının işinin effektivliyini şübhə altına alıb və deyib ki, banka rəhbərlik "siyasi nöqteyi-nəzərdən" həyata keçirilir.

Bazar ertəsi Dünya Bankının bir neçə üzvü bəyan edib ki, bu təşkilat öz resurslarından səmərəli istifadə etməli və inkişaf etməkdə olan ölkələrə öz fikrini bildirmək üçün imkan yaratmalıdır.

Müraciətdə deyilir ki, bu, ən kiçik və ən kasıb ölkələrin səs hüquqlarının qorunmasına kömək edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti