...

İlham Əliyevlə Serj Sarkisyanın görüşündən çox şey gözləyirik - Türkiyənin XİN rəhbəri

Dünya xəbərləri Materials 8 Oktyabr 2009 14:19 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhmət Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşündən çox şey gözlədiklərini bildirib.
İlham Əliyevlə Serj Sarkisyanın görüşündən çox şey gözləyirik - Türkiyənin XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Əhmət Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşündən çox şey gözlədiklərini bildirib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"İlham Əliyevlə Serj Sarkisyanın görüşündən çox şey gözləyirik", - deyə Davudoğlu bildirib.

XİN rəhbəri onu da qeyd edib ki, bu, tərəflər arasında may ayından bu günədək təşkil edilən dördüncü görüşdür.

Davudoğlunun sözlərinə görə, 17 il ərzində tərəflər heç vaxt bu qədər sıx görüşməyiblər.

"Tərəflərin bu qədər sıx görüşməsi problemin həlli istiqamətində atılan addımlardandır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti