...

Ermənistan-Türkiyə münasibətlərinin normalaşması üçün Ankaraya təzyiq göstərilməyib - Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 16 Oktyabr 2009 10:20 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Fransanın L`Express jurnalına verdiyi müsahibəsində, ölkəsi ilə Ermənistanın əlaqələrinin normallaşması istiqamətində rəsmi Ankaraya təzyiq göstərilmədiyini bildirib.
Ermənistan-Türkiyə münasibətlərinin normalaşması üçün Ankaraya təzyiq  göstərilməyib - Türkiyə Prezidenti

Türkiyə Prezidenti Abdullah Gül Fransanın L`Express jurnalına verdiyi müsahibəsində, ölkəsi ilə Ermənistanın əlaqələrinin normallaşması istiqamətində rəsmi Ankaraya təzyiq göstərilmədiyini bildirib. Bu haqda Türkiənin ANADOLU informasiya agentliyi məlumat verib.

"Ermənistan-Türkiyə münasibətlərinin normalaşması üçün Türkiyəyə təzyiq göstərilməyib" -deyə Gül bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçiriblər.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə prezidenti onu da əlavə edib ki , heç bir ölkənin digər ölkənin ərazilərini işğal etməyə haqqı yoxdur.

Gül həmçinin qeyd edib ki , dondurulmuş münaqişələr çox təhlükəlidir və hər an yenidən başlaya bilər.

" Dondurulmuş münaqişənin acı nəticəsini Gürcüstan və Rusiya arasında meydana gələn silahlı toqquşmada gördük" - deyə o qeyd edib.

Gülün sözlərinə görə Qafqazda güvənlik olarsa, regionda sülh və stabillik də olar.

Xəbər lenti

Xəbər lenti