...

Ankarada ibtidai məktəbdə "donuz qripi"nə yoluxan tələbələrin sayı 16-ya çatıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2009 11:00 (UTC +04:00)
Türkiyə Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Ankrada məktəblilər arasında "donuz qripi"nə yoluxan şagirdlərin sayı 16-ya çatıb.
Ankarada ibtidai məktəbdə "donuz qripi"nə yoluxan tələbələrin sayı 16-ya çatıb

Türkiyə Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Ankrada məktəblilər arasında "donuz qripi"nə yoluxan şagirdlərin sayı 16-ya çatıb. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

TREND NEWS-un arayışı: Oktyabrın 14-də Ankarada ibtidai məktəbdə üç nəfər şagirddə "donuz qripi" virusu aşkar edilmişdir. İlk olaraq "donuz qripi" xarici ölkədən səfərdən qayıdan məktəblidə aşkar edilib. Daha sonra isə məktəbin şagirdlərində aparılan müayinə zamanı daha 14 nəfərdə də virus aşkar edilib. Məktəbin karantinə bağlandığı bildirilib.

Türkiyənin İstanbul Tibb Universitetinin "Qrip araşdırma mərkəzi"nin direktorunun verdiyi açıqlamaya görə, Türkiyədə bu vaxta qədər 504 tələbədə "donuz qripi" virusu aşkarlanıb. "Qrip araşdırma mərkəzi"nin professoru Selim Badurun verdiyi açıqlamaya görə, bu vaxta qədər mərkəzdə 2665 tələbə müayinə olunub. Badur onu da qeyd edib ki, tələblər arasında "donuz qripi"nin yayılması əhali arasında təşvişə səbəb olub, lakin qripin yayılmaması üçün profilaktik təbdirlər görülməkdədir.

Xəbər lenti

Xəbər lenti