Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir Ü.Sadığova /
Bakıya səfəri zamanı Fələstin Milli Administrasiyasınin (FMA) Azərbaycanda səfirliyin açılması imkanı müzakirə ediləcək, çərşənbə günü Bakıya gələrkən Trend -a FMA-nın Xarici İşlər naziri Riyad Əl Malik bildirib.
"Səfər çərçivəsində siyasi məsələlər, həmçinin Fələstin Milli Administrasiyasınin Bakıda səfirliyin açılması və müxtəlif sahələrdə sazişlərin imzalanması məsələləri müzakirə ediləcək", - Fələstinin XİN başçısı deyib.
Onun sözlərinə görə, səfərin əsas məqsədi Fələstin probleminin həllində göstərdiyi dəstəyə görə Azərbaycan hökümətinə minnətdarlığı bildirməkdir.
"Bizdə FMA-nın Prezidenti Mahmud Abbasın Azərbaycan dövlət başçısı İlham Əliyev üçün məktubu var, bu məktubda Azərbaycanın Fələstin probleminin həllində dəstəyinin vacibliyi ifadə olunur", - FMA XİN başçısı deyə bildirib.
Onun sözlərinə görə, tərəflərdə ikitərəfli münasibətləri inkişaf etdirməyə hazırlıq var.
"Biz münasibətləri iqtisadi və başqa sahələrdə inkişaf etdirməyə çalışırıq", - Riyad Əl Malik deyib.
Fələstin Muxtariyyətinin xarici işlər naziri sabah azərbaycalı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək. Səfər proqramına həmçinin Azərbaycan Mİlli Məclisinin sədri Oqtay Əsədovla görüşün keçirilməsi də daxildir.