...

ƏDL yəhudi qəsəbələrinin inşası dayandırılmayınca İsraillə sülh danışıqlarının bərpasından imtina edir

Dünya xəbərləri Materials 2 Noyabr 2009 15:55 (UTC +04:00)
Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa İordan çayının Qərb Sahilində və Şərqi Qüdsdə (Yerusəlim) yəhudi qəsəbələrinin genişləndirilməsi dayandırılmayınca İsrail ilə fələstinlilər arasında sülh danışıqlarının bərpası imkanını istisna edib.
ƏDL yəhudi qəsəbələrinin inşası dayandırılmayınca İsraillə sülh danışıqlarının bərpasından imtina edir

Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa İordan çayının Qərb Sahilində və Şərqi Qüdsdə (Yerusəlim) yəhudi qəsəbələrinin genişləndirilməsi dayandırılmayınca İsrail ilə fələstinlilər arasında sülh danışıqlarının bərpası imkanını istisna edib. Məlumatı Press TV saytı yayıb.

Musa bazar günü Mərakeşdə keçirilən mətbuat konfransında çıxış edərkən ABŞ-ın dövlət katibi Hillari Klintonun İsraildə verdiyi - fələstinlilərin İsraillə ilkin şərtlər olmadan danışıqları bərpa etməli olması bəyanatına şərh verib.

Əvvəlcə Vaşinqton bəyan edib ki, Fələstin ərazisindəki yəhudi qəsəbələri qeyri-qanunidir və İsraildən regionda sülh prosesinə mane olan qəsəbə fəaliyyətini dayandırmağı tələb edib.

İsrailə şənbə günü başlayan səfəri zamanı Klinton Fələstin Muxtariyyəti Administrasiyasını qəsəbə fəaliyyəti dayandırılanadək danışıqlar masasına əyləşməyə çağırıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü keçirilən hökumət iclası zamanı bildirib ki, sülh danışıqlarının bərpası prosesində ilkin şərtləri qəbul etmir.

"16 il ərzində ilk dəfə olaraq fələstinlilər əvvəllər olmayan şərtlər irəli sürürlər", - Netanyahu bildirib.

Fələstin Muxtariyyəti Administrasiyasının Prezidenti Mahmud Abbas Klinton ilə Əbu-Dabidə şənbə günü keçirilən görüşdə bildirib ki, sülh prosesinin bərpası Fələstin ərazilərində yəhudi qəsəbələrinin inşası tam dayandırılmayınca qeyri-mümkündür.

Xəbər lenti

Xəbər lenti