...

İran Prezidenti gələn həftə Latın Amerikasına səfər edəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2009 12:23 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad gələn həftə iqtisadiyyat və siyasət nümayəndələrindən ibarət heyətin müşayiəti ilə Latın Amerkası ölkələrinə səfərə yola düşəcək.
İran Prezidenti gələn həftə Latın Amerikasına səfər edəcək

İran Prezidenti Mahmud Əhmədinejad gələn həftə iqtisadiyyat və siyasət nümayəndələrindən ibarət heyətin müşayiəti ilə Latın Amerkası ölkələrinə səfərə yola düşəcək. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Əhmədinejad ilk öncə Braziliya Federativ Respublikasının Prezidentinin dəvəti ilə bu ölkəyə səfər edəcək. İran Prezidenti həmçinin Venesuela və Boliviyaya da səfər edəcək, öz həmkarları ilə regional və beynəlxalq məsələlər haqda müzakirələr aparacaq.

Əhmədinejadın Latın Amerikasına səfərdən öncə və sonra Seneqal və Qambiyaya da qısamüddətli səfərlər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti