...

Türkmənistan Parlamentinin sədri sabah İrana səfər edəcək

Dünya xəbərləri Materials 20 Noyabr 2009 11:49 (UTC +04:00)
İranın Türkmənistandakı səfiri Məhəmmədrza Furqani bildirib ki, Türkmənistan Parlamentinin sədri xanım Akca Nurberdıyevanın başçılıq etdiyi nümayəndə heyəti şənbə günü İrana səfər edəcək. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
Türkmənistan Parlamentinin sədri sabah İrana səfər edəcək

İranın Türkmənistandakı səfiri Məhəmmədrza Furqani bildirib ki, Türkmənistan Parlamentinin sədri xanım Akca Nurberdıyevanın başçılıq etdiyi nümayəndə heyəti şənbə günü İrana səfər edəcək. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Furqani əlavə edib ki, bu səfər İran Parlamentinin sədri Əli Laricaninin dəvəti ilə baş tutacaq. "Səfər zamanı iki ölkə arasında parlament əməkdaşlığnın artırılması, iki ölkə arasında parlament dostluq qrupunun yaradılması kimi məsələlər müzakirə olunacaq", - deyə Furqani deyib.

Türkmənistan Parlamentinin sədri İranın XİN rəhbəri Mənuçöhr Müttəki və Prezident Mahmud Əhəmədinejadla da görüşəcək.

Furqani həmçinin bildirib ki, dekabr ayının sonlarında İran Prezidenti Əhəmədinejad İran-Türkmənistan ikinci boru kəmərinin açılış mərasimində iştirak etmək məqsədi ilə Türkmənistana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti