...

İran 20 faizlik uran istehsal etmək iqtidarındadır - İranın XİN sözçüsü

Dünya xəbərləri Materials 24 Noyabr 2009 12:37 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, iranlı mütəxəssislər 20 fazilik uranı zənginləşdirmək iqtidarındadır və beynəlxalq müqavilələrdə 5 faizdən yuxarı zənginləşdrimək üçün heç bir maneə yoxdur, lakin Tehran reaktorunu yanacaqla təmin etmək üçün 20 faizlik uran lazımdır. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İran 20 faizlik uran istehsal etmək iqtidarındadır - İranın XİN sözçüsü

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, iranlı mütəxəssislər 20 fazilik uranı zənginləşdirmək iqtidarındadır və beynəlxalq müqavilələrdə 5 faizdən yuxarı zənginləşdrimək üçün heç bir maneə yoxdur, lakin Tehran reaktorunu yanacaqla təmin etmək üçün 20 faizlik uran lazımdır. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Mehmanpərəst 20 faizlik uranın zənginləşdirilməsinə başlanılıb-başlanılmaması sualına cavabında deyib ki, "biz hələlik zənginləşdirmə prosesinə başlamamışıq, lakin istənilən vaxt bunu edə bilərik".

Mehmanpərəst İrandan 3.5 faizlik uranın çıxarılmasına münasibət bildirərək deyib ki, Tehran reaktorunun yanacağını təmin etmək üçün üç yol var. Birincisi, lazım olan yanacağı almaq, ikinci, İranda istehsal etmək və üçüncü yol - mübadilə etmək. "Bİz heç vaxt 3.5 faizlik uranın ölkədən çıxarılmasına qarşı olduğumuzu deməmişik, bəlkə həmin uranın necə çıxarılması haqda danışmışıq. İran Tehran reaktoruna lazım olan yanacağı almaq üçün zəmanət istəyir", - deyə Mehmanpərəst deyib.

Mehmanpərəst əlavə edib ki, İran qarşı tərəfə inanmadığı üçün 100 %-lik zəmanət tələb edir. "Bizim müzakirə apardığımız ölkələrin İran ictimaiyyəti arasında yaxşı nüfuzu yoxdur və bu ölkələr İrana qarşı çox öhdəlikləri olduğu halda, öz öhdəliklərini yerinə yetirməyiblər. Həmin öhdəliklərin yerinə yetirilməməsi İranda inamsızlıq yaradıb və biz istəmirik keçmişdəki problemləri bir daha yaşayaq", - deyə Mehmanpərəst deyib.

Qərb İrandan tələb edir ki, "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

Xəbər lenti

Xəbər lenti