...

Ayətullah Hüseynəli Montəzeri vəfat edib

Dünya xəbərləri Materials 20 Dekabr 2009 11:03 (UTC +04:00)
İran İslam İnqilabının sabiq rəhbəri Ayətullah Xumeyninin dövründə İranın tanınmış siyasi şəxsiyyətlərindən biri olan Ayətullah Hüseynəli Montəzeri dünən axşam 87 yaşında vəfat edib. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
Ayətullah Hüseynəli Montəzeri vəfat edib

İran İslam İnqilabının sabiq rəhbəri Ayətullah Xumeyninin dövründə İranın tanınmış siyasi şəxsiyyətlərindən biri olan Ayətullah Hüseynəli Montəzeri dünən axşam 87 yaşında vəfat edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Ayətullah Montazeri 1979-cu ildə İran İslam İnqilabının liderlərindən biri olub.O, 1980-ci ildə Ayətullah Xomeynin rəsmi varisi seçildi. Montazeri ilə Ayətullah Xumeyni arasında 1989-cu ildə siyasi və xarici siyasətə dair ixtilaf yarandı.

Montəziri siyasi partiyaların leqallaşdırılması və Qərbə qarşı daha açıq siyasəti dəstəkləyirdi.
O, 1988-ci  ildə iranlı siyasi məhbusların kütləvi edamına qarşı çıxıb.

1989-cu ildə Montəziri bütün vəzifələrdən azad edilmiş, ayatulla titulundan məhrum edilmiş və İslam inqilabın  keşikçilərinin nəzarəti altında Qum şəhərində məskunlaşmışdlr. 1997-ci ildən 2003-cü ilə qədər ev dustağı olmuşdur.

Xəbər lenti

Xəbər lenti